Bakıda dəhşətli qəza – Piyada avtobusun altında qalıb öldü

image-1709271767_251c6397-75cc-47d4-8c0a-e9ad29ecf06fjpg-1709267341backend

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadiləsi Mərkəzində qeydə alınıb.

Belə ki, Koroğlu-Ramana istiqamətində hərəkət edən 99-JU-723 dövlət nömrə nişanlı 163 nömrəli marşrut avtobusu qəza törədib.

Hadisə şəxsin piyada üçün nəzərdə tutulmayan ərazidən keçdiyi zaman baş verib. Avtobusun altında qalan şəxs hadisə yerində ölüb.

Polis əməkdaşları hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90