Bakıda döyüşməyə hazıram” – Rizvan Kuniev

image-img_6919backend

Rusiyalı MMA döyüşçüsü Rizvan Kuniev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində döyüşməyə hazırdır.

Busaat.az xəbər verir ki, idmançı bu barədə mətbuat konfransında deyib.

O, özünü sübut etmək istədiyini bildirib:

“Bu, mənim üçün böyük şansdır. Döyüşə hazıram. Hamıya top səviyyədə çıxış edə biləcəyimi göstərməliyəm. Karyeramda daha güclü rəqiblərlə görüşmüşəm”.

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rizvan Kuniev ABŞ-dən olan Kurtis Blaydeslə üz-üzə gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki