Məzmuna keç
  • Brent neft111.67 $▲0.75%
  • WTI neft102.79 $▲1.43%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.064 $▲0.00%
  • Qızıl4 054 $▼0.06%
  • Gümüş53.65 $▼0.85%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.25 ¢▼1.84%
  • Bitcoin80 647 $▼0.19%
  • Ethereum2 341 $▼0.26%
  • S&P 5007 735▲0.16%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Hadisə

Bakıda evdə partlayışda xəsarətlər alan bacı-qardaş xəstəxanada vəfat edib

image-bakida-evde-partlayisi
Bakıda evdə partlayışı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.

Busaat.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci il təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.

Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

TƏBİB-dən isə bildirilib ki, avqustun 22-də Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın səbəbi ilə çağırış daxil olub.

III-IV dərəcəli termiki yanıq diaqnozu ilə (bədən səthinin 90 faizdən çox hissəsinin yanığı) 1998-ci il təvəllüdlü Quliyeva Fərəh və 1997-ci təvəllüdlü Quliyev Toğrul Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunublar.

Göstərilən zəruri tibbi müdaxilələrə və həkimlərin səylərinə baxmayaraq, avqustun 23-də saat 02:20 radələrində Quliyev Toğrul, 07:15 radələrində isə Quliyeva Fərəh dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119091