Bakıda maya dəyərindən ucuz mənzillər satışa çıxarıldı – İyulun 20-dək… – VİDEO

image-1684869634_1684869289_naolnfjaghy9agpym81c6z0zp6sv6pvbqdpfkplbackend

Bakıda keçmiş məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin satışı davam edir.

Busaat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Adil Əkbərov deyib ki, Bakıda satışa çıxarılan mənzillər dövlət sifarişi ilə tikildiyinə və torpaq dövlət tərəfindən təmin olunduğuna görə maya dəyəri aşağı olub.

Buna görə də bu mənzillər bazar dəyərindən xeyli aşağı qiymətə təklif edilir. Həmin mənzillərin bir kvadratmetri Samuxda 435 manatdan, paytaxtda isə 600 – 800 manatdan başlayır.

Bu mənzillərin satışı iyulun 20-dək davam edəcək.
Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi bildirir ki, şəhid ailələrinin mənzil təminatı da davam etdirilir. Bu ilin əvvəlindən 260 şəhid ailəsinə mənzillər təqdim olunub. Digər şəhid ailələrinin mənzil təminatı üçün də işlər həyata keçirilir. Bununla bağlı artıq açıq tender elan edilib.

Şəhid ailələri üçün artıq Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması nəzərdə tutulur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki