Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məscidin qalan hissəsi yanğından muhafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.