Bakıda narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan aşkarlandı – 16 nəfər saxlanıldı

image-4950e907-bbcf-3e7c-9336-0c432f443596_850backend

Ötən gün Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Busaat.az-a verilən məlumata görə, ictimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkokuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki