Son vaxtlar sosial şəbəkələrdə yollarda polis tərəfindən radar və müşahidə kameralarının gizli şəkildə quraşdırılması ilə bağlı məlumatlar paylaşılır.
Busaat.az xəbər verir ki, hətta “Tik-tok”da bir vətəndaş Maştağa yolunda hasarın dibində qoyulan sayğac qutusuna radar yerləşdirildiyini iddia edən video paylaşıb.
Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov baku.ws-ə açıqlamasında bildirib ki, yol polisinə məxsus belə bir kamera yoxdur.
“Yol polisinin gizli kamerası ola da bilməz. Bir daha bildiririk ki, yol polisi tərəfindən yollarda quraşdırılan kameraların hamısı açıq şəkildə qoyulur. Bununla bağlı bütün yol hərəkəti iştirakçılarına məlumat verilir”, – deyə Vaqif Əsədov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, kameralara yaxın məsafələrdə informasiya-yol nişanı qoyulur ki, vətəndaşlar əvvəlcədən xəbərdar olsunlar:
“Hesab edirəm ki, videoda əks olunan kameranı hasara fiziki, yaxud hüquqi şəxs evin ətrafına nəzarət etmək məqsədilə qoyub.
Vətəndaş isə elə başa düşüb ki, bu, gizli radardır. Bu, qətiyyən belə ola bilməz”.
Bakıda sayğacın qutusunda radar gizlədilir? – VİDEO + AÇIQLAMA
Loading...