Bakıda tıxac problemi: Həll yolu mümkündürmü? – EKSPERT konkret təkliflər etdi 

image-1658470766_befunky-collage-66backend

Son illərdə Bakı şəhərində məskunlaşmanın və şəhərdə yaşayan vətəndaşların sayının nizamsız artışı şəhər nəqliyyatını iflic vəziyyətə salıb. Onsuz da ümumi müqaisədə dar və ensiz qiymətləndirilən Bakı küçələri nizamsız məskunlaşma və insan sayının artımı ilə daha ciddi tıxac problemləri ilə üzləşib. Tədris ilinin başlanmasından sonra, dolayısıyla minlərlə tələbənin Bakıya kütləvi axını nəticəsində şəhərin tıxac problemi kəskin şəkildə artıb.

Bəs Bakının əsas problemlərindən biri sayılan tıxac problemini necə həll etmək olarmı? Ümumiyyətlə tıxac probleminin həlli mümkündürmü? Varsa, bunun üçün nə kimi addımlar atılmalıdır?

Bu barədə Busaat.az-ın suallarını nəqliyyat üzrə ekspert Elməddin Muradlı cavablandırıb:

image-1656317866_5

“Bəli, Bakı şəhərində tıxacın qarşısını almaq mümkündür. Bunun üçün aidiyyəti qurumlar tərəfindən birgə düşünülmüş, razılaşdırılmış qərarlar qəbul edilməlidir və layihələr icra olunmalıdır. Artıq bununla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə müşavirə keçirilib. Həmçinin Baş nazir Əli Əsədov da eyni mövzuda altıda müşavirə keçirib. Müşavirədə səslənən fikirlər, təkliflər real həyatda hansısa formada öz əksini tapmalıdır. Əvvəla, bizim həll yollarımız odur ki, mümkün olduğu yerlərdə, ərazilərdə yol şəbəkəsi genişləndirilməlidir. Baxın dünyada artıq insanlar dənizin altından dəmir yolu xətti çəkirlər, avtomobil yolu çəkirlər, müxtəlif layihələr həyata keçirirlər. Bizdə isə dəniz üzərindən bir yol çəkməyi sözlə ifadə edirlər, ancaq əmələ çevriləndə deyirlər ki, bahalıdır. Bəli bütün layihələr bahalıdır, amma bu həll prosesinə maneə olmamalıdır”.

“Məsələn, Nefçilər prospektinə alternativ yol yoxdursa dəniz üzərindən onun alternativini yaratmaq mümkündür. Özü də həm gediş həm gəliş üçün. Məsələn, Bibiheybət istiqamətindən Lökbatan dairəsindən dəniz üzərindən körpü atmaq olar. Düz Zığ qəsəbəsinə qədər. Hələ bir az da pul xərcləsələr Ağ şəhərə də əlavə bir yol ayıra bilərlər ki, insanlar ordan Babək prospektinə, Heydər Əliyev prospektinə çıxa bilsinlər. Birbaşa Heydər Əliyev prospektinə əlaqələndirə bilsələr heç Babək prospektinə daxil olmadan, Ağ şəhərə girmədən keçib gedə bilərlər. Yaponiya, Türkiyədə bu təcrübə var. Rusiyada kənar dairəvi yollar salırlar. Moskva şəhərində çıxış yolu kimi bunu elədilər, effekt verdi” – deyə, Elməddin Muradlı müəyyən istiqamətlərdə yuxarıda qeyd edilən yeniliklərin həyata keçirilməsinin mümkünlüyü barədə konkret təkliflər irəli sürüb.

Ekspert şəhərin ictimai nəqliyyat probleminə də diqqət çəkib: “Amma əsas hədəf ictimai nəqliyyatı gücləndirməkdir. Metro şəbəkələri genişləndirilməlidir, avtobuslar inkişaf etməlidir, genişləndirilməlidir. İnterval daha az qurulmalı, intelektual idarəetmə sistemi möhkəmlənməlidir. Yəni sərnişin sıxlığı yaranırsa, avtobus ona uyğun tənzimlənməlidir. Sərnişin azalırsa avtobuslar da azalmalıdır. Belə intelektual idarəetmə sistemi qurulmalıdır. Şirkətlərə dövlət tərəfindən dəstək göstərilməlidir. Digər ictimai nəqliyyat növləri – avtobus, tramvay, traleybusların imkanlarından istifadə olunmalıdır. Bəzi küçələrdə buna real imkanlar var”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki