Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.11 $▲1.49%
  • WTI neft86.03 $▲1.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 855 $▼0.58%
  • Gümüş47.28 $▼0.43%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 633 $▼1.83%
  • Ethereum1 787 $▼1.78%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Bakıdakı püşkatma təxirə salındı, ispaniyalı qonaq uçuşunu ləğv etdirdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Junior NBA Azərbaycan Liqasının püşkatma (draft) mərasimi təxirə salınıb.

Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun verdiyi xəbərə görə, “Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” Nazirlər Kabinetinin 2 mart 2020-ci il sərəncamına müvafiq olaraq, martın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsi planlaşdırılan mərasim başqa vaxt keçiriləcək.

“Bunun üçün ciddi hazırlıq işləri görmüşdük. “CBC Sport” da canlı yayım verməli idi. Lakin Nazirlər Kabinetinin qərarından sonra Təhsil Nazirliyi bütün məktəblilərlə bağlı qərar verdi. Bu üzdən də püşkatma təxirə salındı. Liqanın püşkatma mərasimi üçün NBA-dan ispaniyalı koordinator da gəlməli idi. Kiyevdə olanda bu məlumatı ona çatdırdıq. Buna görə qonağımız Bakıya uçuşunu ləğv etdi. Əgər məktəblərdə tədris bərpa edilsə, püşkatmanın tarixini də müəyyənləşdirəcəyik”, – deyə V.Əzimov bildirib.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası yanvarın 29-da NBA (Amerika Milli Basketbol Assosiasiyası) ilə müqavilə bağlayıb. Bu müqavilə əsasında Azərbaycanın 12-14 yaşlı məktəbli oğlan və qız basketbol komandaları yarışmalı idi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5061