Bakının mərkəzində mağazadan 24 minlik oğurluq etdi – Video

image-telefonnnbackend

Bakıda mağazadan bahalı telefonlar oğurlayan şəxs tutulub.

Busaat.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib. Naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.

Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

7226fb89 1848 4072 bd95 8a667b6b54d6
faee00ff 3278 42dd 84e5 e214e8d50409


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki