Bakıya qar yağır – 5 dərəcə şaxta var

image-1704886242_659e5512ccc19659e5512ccc1a1704875282659e5512ccc17659e5512ccc18backend

Yanvarın 10-u saat 15:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Busaat.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.

Belə ki, Şahdağ, Daşkəsən, Gədəbəy, Naftalan, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, İsmayıllı, Zərdab, Göygöl, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Goranboy, Mingəçevir, Şəmkir, Sabirabad, Cəfərxan, Hacıqabul, Qazıməmməd, Biləsuvar, Naftalan, Yardımlı, Lerikdə qar, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.
Ətraflı

Naxçıvan, Şərur, Daşkəsən, Şəki, Qax, Quba, Qrız, Lerikdə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-7 dərəcə isti, aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki