Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.24 $▲0.56%
  • WTI neft88.69 $▲0.34%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.302 $▼1.29%
  • Qızıl3 899 $▼0.49%
  • Gümüş49.96 $▼0.59%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda593.75 ¢▲0.51%
  • Bitcoin68 728 $▼3.71%
  • Ethereum1 938 $▼3.92%
  • S&P 5007 592▼0.33%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Baku Electronics-dən tanınmış rejissora qarşı əsassız iddia – FOTO

image-img_2199
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda fəaliyyət göstərən iri ticarət şəbəkələrindən biri Baku Electronics yenidən narazılıq doğuran addımı ilə gündəmə gəlib.

Busaat.az-ın xəbərinə görə, tanınmış rejissor və aktyor Kənan Mahmudovun adına sözügedən mağazalar şəbəkəsi tərəfindən əsassız borc bildirişi göndərilib.

Mahmudov bu məsələni sosial şəbəkədə paylaşaraq kəskin narazılığını bildirib və şirkəti ictimai şəkildə tənqid edib.

Paylaşımda qeyd edilir ki, Kənan Mahmudovun 255 AZN-lik kredit borcu var və bu borc bir gün gecikib. Lakin aktyor bildirib ki, o, Baku Electronics-dən ümumiyyətlə heç nə almayıb və belə bir öhdəliyi yoxdur.

Maraqlıdır ki, borc xatırlatması ilə yanaşı nömrəyə “AL QAZAN” adlı kampaniya mesajı da göndərilib. Həmin ismarıcla kredit borcunun 200 AZN və ya daha artıq hissəsini ödəyən şəxsin 50 000 AZN mükafat qazanmaq şansı olduğu vurğulanır.

Bu hal hüquqi məsuliyyət yaradır: 

Mütəxəssislər hesab edir ki, bu cür hallarda şəxsin razılığı olmadan adının istənilən borc sənədində göstərilməsi, məlumat bazasına salınması və buna əsaslanaraq bildiriş göndərilməsi Fərdi Məlumatların Qorunması Qanununun pozulması anlamına gəlir və hüquqi məsuliyyət yaradır.

Qeyd edək ki, Baku Electronics məsələyə münasibət bildirməyib.

Busaat.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq və məsələni diqqətdə saxlayırıq.

Aynur İmanova

Busaat.az

image-kenan

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169536