Balakəndə evdən kişi meyit tapılıb.
Busaat.az xəbər verir ki, hadisə rayonun Qullar kəndində baş verib.
Kənd sakini 1975-ci il təvəllüdlü Əfqan Muxtar oğlu Motuxovun meyiti yaşadığı evdə aşkar edilib. Ə. Motuxovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.