Banklarda qalan 517 milyon manat əhaliyə qaytarıldı

Banklarda qalan 517 milyon manat əhaliyə qaytarıldıbackend

Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 22 034 qorunan əmanətçisinə 517 milyon 104 min 618 manat kompensasiya ödəyib.

Busaat.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 77 faizini təşkil edir.

“Atabank” ASC üzrə 8 940 əmanətçi 1 206 milyon 705 min 883 manat , “Amrah Bank” ASC üzrə 5 465 əmanətçi 129 milyon 745 min 34 manat, “AGBank” ASC üzrə nin 3 851 əmanətçi 70 milyon 817 min 41 manat, “NBC Bank” ASC üzrə isə 3 778 əmanətçi 109 milyon 796 min 652 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90