Baş nazir Milli Məclisdə – Yenilənib

image-eliesedovbackend

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Busaat.az  xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və digər hökumət üzvləri iştirak edir.

Deputatlar “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsini və büdcəyə daxil olan digər məsələləri müzakirə edəcəklər.

***

İclasda çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, bu ilin 10 ayının göstəricilərinə əsasən, neftin orta illik qiyməti 68 dollar təşkil edib: “2022-ci ilin dövlət büdcəsi 26,8 milyard gəlirlə, 29,9 milyard xərclə qarşıda duran çağırışları dəf etməyə imkan verir. Büdcə gəlirlərinin formalaşmasında vergi və gömrük gəlirlərindən daxil olan vəsaitlərin proqnozlardan artıq olacağı gözlənilir. Büdcədə sosial xərclər ilk dəfə olaraq 46,4 faiz təşkil edir.

Aydındır ki, son bir il ərzində dünyada ərzaq qiymətləri artıb. Pandemiya dövlət xərclərini artırıb. Qiymət və qıtlıq məsələsinə baxdıqda qıtlıq məsələsinin aradan qaldırılması daha məqbul hesab olunur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90