Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı – Açıqlama

Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı – Açıqlamabackend

Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.

Xatırladaq ki, F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.(Qafqazinfo)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90