Bayden Makronla Ukrayna, Çin və İranı müzakirə edəcək

image-bayden1backend

Makronun səfəri ABŞ-ın xarici siyasətə yanaşmasının əsas hissəsi kimi ittifaqların möhkəmləndirilməsini vurğulamaq üçün yaxşı fürsətdir.

Busaat.az xəbər verir ki, ABŞ dövlət rəsmiləri bu fikirdədir.

Belə ki, ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron dekabrın 1-də Vaşinqtonda keçiriləcək görüşdə Ukrayna, Çin, İran və Sahel məsələlərini müzakirə edəcək.

ABŞ rəsmiləri Makronun bu ölkəyə səfərini iki prezidentin ən aktual qlobal problemlər üzrə öz hərəkətlərini əlaqələndirmək imkanı yaratdığını deyib. Rəsmilər bildirib ki, onlar Ukraynanın danışıqların əsas mövzusuna çevriləcəyini gözləyirlər. İki liderin həmçinin Çin, İran və Yaxın Şərqdəki problemləri, iki ölkə arasında iqtisadi və enerji əməkdaşlığını müzakirə edəcəyi gözlənilir. Baydenin Makronla Sahel bölgəsindəki vəziyyəti də müzakirə etmək niyyətində olduğu qeyd olunub.

ABŞ səlahiyyətliləri Makronun səfərini ABŞ-ın xarici siyasətə yanaşmasının əsas hissəsi kimi alyansların möhkəmləndirilməsini vurğulamaq üçün bir fürsət kimi qiymətləndirib.

Qeyd edək ki, Makron noyabrın 29-dan dekabrın 3-dək beş günlük səfərlə Vaşinqtonda olacaq. Baydenlə danışıqlar zamanı o, digər məsələlərlə yanaşı, iki dövlət arasında ticarət mübahisələrini də müzakirə etmək niyyətindədir.

Fransa liderinin səfəri ABŞ, Britaniya və Avstraliyanın rəsmi Parisin zərərinə imzaladığı sualtı texnikalarla bağlı sazişdən 15 ay sonraya təsadüf edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90