Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft111.22 $▲1.38%
  • WTI neft101.30 $▲0.51%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.058 $▲0.69%
  • Qızıl4 060 $▲0.76%
  • Gümüş54.12 $▲0.69%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.50 ¢▼0.49%
  • Bitcoin80 839 $▲0.05%
  • Ethereum2 354 $▲0.31%
  • S&P 5007 723▲0.60%
14°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Dünya

Bayden və Sunak Ağ Evdə görüşüb

image-u-s-president-biden-meets-with-british-prime-minister-rishi-sunak-at-the-white-house-in-washington
Britain's Prime Minister Rishi Sunak speaks during a meeting with U.S. President Joe Biden in the Oval Office at the White House in Washington, U.S., June 8, 2023. REUTERS/Evelyn Hockstein
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə “vacib və müsbət” danışıqlar apardıqlarını qeyd edərək, bir sıra mövzular, xüsusilə iqtisadi əməkdaşlıq, süni intellekt sahəsindəki inkişaflar və Ukraynaya dəstək kimi mövzuları müzakirə ediblər.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Rişi Sunak və Co Bayden ikitərəfli görüşdən sonra Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.

İkitərəfli iqtisadi əlaqələri dərinləşdirmək və gələcəyi formalaşdıracaq işbirliklərini genişləndirmək üçün “əhəmiyyətli və müsbət” görüşlər keçirdiklərini bildirən Bayden, sürətlə dəyişən dünyada texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıqları müzakirə etdiklərini söyləyib.

İqtisadi əsaslı bir razılaşma olan “Atlantik Bəyannaməsi”ni dərc etdiklərini qeyd edən Bayden, razılaşmanın təmiz enerji, milli təhlükəsizlik üçün əhəmiyyətli olan yeni texnologiyalar və kritik minerallar üçün tədarük zəncirinin gücləndirilməsi kimi mövzulara diqqət yetirdiyini ifadə edib.

Sunakla Ukraynaya verilən dəstəyi də müzakirə etdiklərini deyən Bayden, verdiyi dəstəyə görə İngiltərə baş nazirinə təşəkkür edib.

Müharibə bitdikdən sonra çəkindirmə üçün Ukraynaya “uzunmüddətli təhlükəsizlik dəstəyinin” vacibliyinə işarə edən Bayden, Konqresin bu mövzuda lazımi maliyyəni təmin edəcəyinə inandığını söyləyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112145