Belçika hökuməti Avropa İttifaqının (Aİ) Brüsseldə boşaltmağı planlaşdırdığı strukturları almaq üçün 1 milyard avro təklif edib.
Busaat.az xəbər verir ki, Belçika hökuməti 2030-cu ilə qədər Brüsseldəki ofislərinin yarısını boşaltmağı planlaşdıran Aİ Komissiyasının daşınmaz əmlakını almaq istəyir.
Binaların satışı ilə bağlı davam edən danışıqlarda Belçika Aİ Komissiyasına 1 milyard avro təklif edib.
Binalar alınarsa, Brüsseldə yeni kommersiya sahələri və mənzil layihələri də daxil olmaqla layihələr hazırlanacaq.
Busaat.az xəbər verir ki, Aİ Komissiyası 2021-ci ildə Brüsseldəki ofislərinin yarısını ekoloji cəhətdən təmiz strukturlara keçmək planları çərçivəsində boşaldacağını açıqlayıb.
Busaat.az