Belçikalı mer efirdə çıxılmaz vəziyyətə düşdü – Video

Belçikalı mer efirdə çıxılmaz vəziyyətə düşdü – Videobackend

Belçikanın Antverpen şəhərinin meri Bart De Beverin bir kanala videoreportaj verərkən efirə alt paltarla çıxması ölkədə gündəm olub.

Busaat.az “Politico” nəşrinə istinadən xəbər verir ki, videokonfrans vasitəsilə müsahibə verərkən ekranda yalnız köynəyinin görünəcəyini düşünən mer, arxadakı güzgünün onu bütöv kadrda əks etdirdiyinin fərqinə varmayıb.

“Çox gözəl bir köynək geyinmisən, yəqin ki, xüsusi olaraq bizim üçün geyinmisən. Ancaq doğrudanmı köynəyin altından təkcə alt paltarı geyinmisən?”- aparıcı onlayn yayımlanan reportaj zamanı bildirib.

De Bever əvvəlcə təəccüblənib və sonra buraxdığı səhvi anlayaraq “Lənətə gəlsin, çünki güzgünün qarşısında oturmuşam. Bunu nəzərə almadım. Bu il xüsusilə xoşagəlməz bir anla başlayır, bunu uzun müddət xatırlayacağam”, – deyə qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90