“Benzema tarixin ən yaxşı fransız hücumçusudur” – Zidan

“Benzema tarixin ən yaxşı fransız hücumçusudur” – Zidanbackend

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Lqanın son turunda “Atletik”lə matçda (3:1) dubla imza atan futbolçusu Kərim Benzema haqqında danışıb.

Busaat.az “Marca”ya istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Benzemanı bütün dövrlərin ən yaxşı fransız hücumçusu hesab etdiyini bildirib:

“Mənim fikrimcə, bəli, bu, belədir. Benezma bunu sübut edir. Artıq uzun müddətdir ki, “Real” üçün çalışır. O, 500-dən çox matç keçirib. Çoxlu qol vurur. Benzemanın statistikası özü bunu göstərir. Mənə görə o, ən yaxşı fransalı hücumçudur. Bu, aydın görünür.

Benzema hərtərəfli oyunçudur. İndi o, yalnız hücumçu deyil. Çünki təkcə qollar haqqında düşünmür. Buna görə də onu sevirəm”.

Qeyd edək ki, 32 yaşlı Benzema bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 16 oyuna 10 qol vurub, 3 məhsuldar ötürmə edib.

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90