Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürülüb.
Bu barədə Busaat.az-a onun vəkili Aqil Layıc məlumat verib.
O bildirib ki, B.Hacıyevə Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qeyd: Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.