“Bilirik ki, Bakıda Türkiyəni böyük kütlə dəstəkləyəcək” – Beyl

image-beylbackend

“Bilirik ki, tribunalarda Türkiyəni dəstəkləyəcək böyük bir kütlə olacaq. Təbii ki, belə bir atmosferdə oynamaq gözəldir. Bütün futbolçularımız oyuna motivasiya olacaqlar”.

Busaat.az  xəbər verir ki, bu sözləri Uels millisinin kapitanı Qaret Beyl Avro-2020-nin A qrupunun 2-ci turunda sabah Bakıda Türkiyə yığması ilə qarşılaşacaqları oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, “ay-ulduzlular”ın Bakıda oynadığı üçün böyük azarkeş dəstəyi alacağının onlar üçün problem yaratmayacağını bildirib: “Bəlkə də, bu qədər rəqib azarkeşinin qarşısında oynamaq bizim üçün yaxşı deyil. Amma daha əvvəl Türkiyədə oynamışam. Türk azarkeşlərin necə olduğunu bilirəm. Bizim üçün böyük problem deyil. Belə atmosferdə çox oynamışıq. Önəmli olan meydanda istədiyini etmək və sakit oynamaqdır. Kollektiv şəkildə müdafiə olunmalı və hücum etməliyik. Kimin qol vurması vacib deyil. Hamılıqla tək bir hədəfə köklənməliyik”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – Türkiyə oyunu saat 20:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90