“Avropalı müşahidəçilərin Ermənistana gəlməsinin konkret məqsədi sərhəd məsələlərinin və sülh müqaviləsinin hazırlanması prosesinə dəstək vermək idi”.
Busaat.az xəbər verir ki, bunu açıqamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.
Ekspert qeyd edib ki, regionda mövcud olduqları dövrdə diqqəti cəlb edən bir nailiyyətləri olmasa da, bu missiya Aİ-nın və ümumiyyətlə Qərbin bizim bölgəyə maraq gpstərdiyinin təzhürlərindən biridir:
Onun sözlərinə görə, hazırda rəsmi İrəvan onların fəaliyyətlərinin davam etməsinə maraq göstərmirsə, bu o deməkdir ki, Ermənistana Moskvanın təsirləri artacaq:
“Amma düşünmürəm ki, Avropa İttifaqı İrəvanla bu məsələdə həmfikirdir. Çox güman ki, bir yol tapıb Avropa İttifaqının missiyasının müddəti uzadılacaq”.
“Nəzərə alsaq ki, sülh müqaviləsi hələ də imzalanmayıb, bu, onlara regionda daha bir müddət qalmağa əsas verə bilər”, – deyə Həsrət Rüstəmov əlavə edib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində müşahidə fəaliyyəti həyata keçirən Avropa İttifaqı (Aİ) missiya başa çatdıqdan sonra 200-dən çox “mülki müşahidəçi”nin orada qalıb-qalmayacağı hələlik məlum deyil. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib ki, yekun qərar yoxdur.
Həsrət Rüstəmov, siyasi şərhçi
Diplomat İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib. Bildirib ki, missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb: “Amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.
Onu da bildirək ki. Aİ missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatacaq.
Bakıvaxtı.az