Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 938 $▲0.27%
  • Ethereum2 244 $▲0.37%
  • S&P 5007 377▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.9097
  • 100 RUB2.0796
  • GBP2.2881
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543
  • GEL0.6548
  • 100 KZT0.3759
  • UAH0.0373
  • 100 JPY1.0771
  • CHF2.0832
  • USD1.7000
  • EUR1.9097
  • 100 RUB2.0796
  • GBP2.2881
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543
  • GEL0.6548
  • 100 KZT0.3759
  • UAH0.0373
  • 100 JPY1.0771
  • CHF2.0832
Gündəm

Bir qrup azərbaycanlı jurnalist Türkiyədə – FOTOLAR

image-img-20210213-wa0027
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.

Busaat.az-ın xəbərinə görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib.

Jurnalistlər səfər proqramına uyğun olaraq birinci İstanbul şəhərinə gəliblər. Səfərin ilk günündə həyata keçirilən proqramın məqsədi haqqında jurnalistlərə ətraflı məlumat verilib.

Turizm Tanıtım və İnkişaf Agentliyinin əməkdaşı tərəfindən Türkiyənin COVİD-19 pandemiyası ərzində turistlərin üz tutduğu ölkələr sırasında ilk yerlərdən birini tutduğu qeyd edilib.

Koronavirus pandemiyası dönəmində Türkiyəyə səfər edən turistlərin güvənliyinin təmin edilməsi, bu sektorda gigyenik qaydalara əməl edilməsi, otellərin və turistik məkanların tənzimlənmiş yeni qaydalar əsasında xidmət göstərməsi üçün hər cür şəraitin yaradıldığı da diqqətə çatdırılıb.

Həyata keçirilən “Safe tourism” haqqında jurnalistlərə geniş məlumat verildikdən sonra İstanbulun turistik yerlərinə ziyarət təşkil edilib, jurnalistlər turistlərin təhlükəsizliyi və sağlamlığı üçün yaradılan şəraitlə yerindəcə tanış olublar.

Qeyd edək ki, jurnalistlər proqram çərçivəsində Ankara və İzmir şəhərlərini də ziyarət edəcəklər.

image-img-20210213-wa0027 image-img-20210213-wa0029 image-img-20210213-wa0028

#GoTürkiye
#OnlyInTürkiye
#ReTurkey
#SafeTourism
#ReadyAndSafeTürkiye
#SafeTourismTürkiye

Emin Fərzəliyev / İstanbul

 

 

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=35444