Birinci Qarabağ müharibəsi şəhidi Rövşən Əliyevlə vida mərasimi keçirilir

image-sehidbackend

Bu gün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rövşən Məcid oğlu Əliyevin nəşi Xırdalan şəhərində ailəsinə təhvil verilib.

Busaat.az bildirir ki, şəhidlə vida mərasimi Xırdalanda keçirilir.

Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.

R.Əliyev Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki