Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

image-1725628738_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend
Lerik Rayon İcra Hakimiyyəti daxili avtomobil yollarının əsaslı təmir işləri bağlı elan etdiyi tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Elnur-2” İstehsalat Kommersiya Şirkəti seçilib. Təmir işlərinə görə şirkətə 608 159,49 manat ödəniləcək.
“Elnur-2” İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. “Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.
“Elnur-2” şirkəti “tender kralı” kimi tanınır. Şirkətin sifarişçiləri əsasən yerli icra hakimiyyətləridir.
Zaur Abıyevə gəlincə, onun adı “MTN işi”ndə zərərçəkən kimi keçir. Onun ifadəsinə görə, “Texnikabank”dan 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb. Sərəbəst buraxıldıqda isə məlum olub ki, pulun üzərindən 200 min manat əskikdir.
“Elnur-2” şirkəti 2023 və 2022-ci illərdə də Lerik Rayon İcra Hakimiyyətinin avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi tenderlərin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 170 561,47 manatdır. Tenderlərdən belə məlum olur ki, Lerik Rayon İcra Hakimiyyəti hər il avtomobil yollarını əsaslı təmir edir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki