Vüqar Mirzəzadəyə yüksək vəzifə verildi

image-kreslo_direktor_vezifebackend

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.

Busaat.az metbuat.az-a istinadən xəbər verir ki, Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb.

Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib.

2020-ci ildən son təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

vuqar-mirzezadeye-yuksek-vezife-verildi-1725631626

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki