Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 476 $▼4.03%
  • Ethereum1 827 $▼5.19%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

"Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar - VİDEO

image-fotojet_-_2022-12-18t191907_461
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı metrosunun “20 Yanvar” stansiyasının ətrafında fəaliyyət göstərən “manatlıq taksi”lərin yığışdırılması bu xidmətdən istifadə edən sərnişinlərin narazılığına səbəb olub.

Şikayətçilərin taksi ilə getdiyi ünvanlar üzrə müvafiq marşrut xətləri işləsə də, sərnişinlər saatlarla yollarda qalırlar. Buna səbəb avtobuslar arasındakı interval uzunluğu, həm də bu minik vasitələrində əlverişsiz şəraitin olmasıdır.

“Manatlıq taksi”lər fəaliyyətini dayandırsa, bəs camaat evinə necə tez gedəcək? Köhnə avtobuslardır, istidə bişirik, biz də məcbur olub taksidən istifadə edirik”, – deyə sakin narazılığını bildirib.

Ərazidə “manatlıq taksi”lərin yığışdırılmasının səbəbinə gəlincə isə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd edilən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq ayrılıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti, eləcə də dayanması və durması qadağandır.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, “manatlıq taksi”lər yığışdırıldığı üçün vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə alternativ yollar düşünülməlidir.

“Çıxış yolu kimi həmin istiqamətlərdə hərəkət edən marşrutdakı avtobusların sayının artırılmasına ehtiyac var. Avtobus sayı artırılsa, intervallar da azalacaq”, – deyə nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=147266