Türkiyə millisinin oyununun hakimləri müəyyənləşdi

image-203721_w1uhgkti6jbackend

Türkiyə millisinin Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda İslandiyaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Görüş Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunu referi Enea Yorqi idarə edəcək.

 

Ona yan xətt hakimləri qismində Denis Reyha və Ridiger Çokaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eldorhan Hamiti yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 9-da İzmirdəki “Gürsel Aksel Stadionu”nda keçiriləcək Türkiyə – İslandiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qardaş ölkənin millisi bu gün 1-ci turda Uelslə üz-üzə gələcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki