Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 476 $▼4.03%
  • Ethereum1 827 $▼5.19%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? — AÇIQLAMA

image-2e87946e-0fca-4c1e-bf51-123a6bca5911
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədova qarşı bir sıra iddialar irəli sürülüb. Belə ki, iddialara görə, İntiqam Məmmədovun 20 yanvar metrostansiyası keçidindəki qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyib. Onlarla sahibkarın İntiqam Məmmədovu onların fəaliyyətinə müdaxilə etdiyini deyilir. Hətta, bununla bağlı sahibkarlar tərəfindən ölkə Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət ünvanlanıb.

Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov səsləndirilən iddiaları təkzib edib.

O bildirib ki, COP29-la bağlı şəhərin bütün istiqamətlərində  təmizlik işləri aparılır:

“Metronun giriş və çıxışında hansısa işlər aparılırsa, onun bizə heç bir aidiyyatı yoxdur. Mənim ora ilə nə işim var ki? Kim nə iddia yayıbsa, araşdırılsın, amma bizim ora heç bir aidiyyatımız yoxdur.

Ələ keçirmək istəyimlə bağlı suallarınıza gəldikdə isə cavab vermək istəmirəm. O ərazinin bizə heç bir aidiyyatı yoxdur. Qoyun orada Bakı Metropoliteni və digər müvafiq qurumlar iş aparsın”.

Xatırldaq ki, İntiqam Məmmədov son zamanlar Bayılda tikilən qanunsuz şadlıq sarayının sahibi kimi qalmaqalla yadda qalıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=147281