Azərbaycan dünyada sabit ölkə olaraq tanınır. Ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsindən xilas edərək bütün təhdidlərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyi möhkəmləndirməklə xalqımızın sərvətinə çevrilən sabitliyə, əmin-amanlığa nail oldu. Böyük strateq bununla yanaşı, respublikada əlverişli, cəlbedici investisiya mühiti yaratdı və xarici sərmayədarların diqqətini Azərbaycana yönəldə bildi. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş elektrik Stansiyasının rəsmi açılış mərasimi olmuşdur.
2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanmışdır. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilmişdir. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcəkdir. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaqdır. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılmışdır. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilmişdir.
Azərbaycan Hökumətinin Azərbaycanın külək və günəş potensialından istifadə etmək, eyni zamanda, sistemin baza gücünü təbii qazla təmin etmək baxışı enerjini daha təhlükəsiz, daha əlçatan və dayanıqlı edəcək. Həm “Masdar”, həm də Birləşmiş Ərəb Əmirlikləri bu səyahətdə Azərbaycanın tərəfdaşı olmaq arzusundadır. Bir çox digər ölkələrdə də belə layihələri həyata keçirmək planları mövcuddir. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla və dünyanın bir çox ölkələri ilə iddialı məqsədlərə nail olmaq üçün 2030-cu ilə qədər ən azı 100 qiqavat təmiz enerjini istehsal etmək məqsədilə bütün qitələrdə bizimlə və digər həmfikir tərəfdaşlarla, təşkilatlarla, ölkələrlə işləməyə davam etməyin intizarındadırlar.
Paris Sazişi dünyanın bir saziş çərçivəsində bir araya gəlməsi baxımından vacib idi. Amma BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransında istənilən o idi ki, Paris Sazişində qeyd olunanları praktiki, praqmatik nəticəyönümlü fəaliyyətlərə çevirilsin. Birləşmiş Ərəb Əmirliklərinin istəy, daha az söz və daha çox əməli iş olsun. Onlar real dünya üçün real cavablar, həllər, nəticələr istəyirlər.
Fatimə Talıbzadə
Azərbaycan Dövlət Pedaqoji Umiversiteti