İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçikimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eynizamanda regionlarda da olimpiya idmanı-sağlamlıqkomplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinəyönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyimərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsirgöstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.
İlham Əliyev beynəlxalq münasibətlər tarixisahəsində dərin biliyə malik olan peşəkar siyasətçikimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlətsəfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.
İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin(1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da AzərbaycanParlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrindəsəmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqıqarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezidentseçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsiilə Azərbaycan Respublikasının Prezidentiseçilmişdir.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətquruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının(YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında(1999) partiya sədrinin müavini, II qurultayında(2001) isə birinci müavini seçilmişdir. Bu mühümvəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyevəhalinin geniş kütlələrinin Yeni Azərbaycanınquruculuğuna səfərbər olunmasında olduqcasəmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlamentseçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdəgeniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemləriniöyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəliftəbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburiköçkünlərə və Qarabağ müharibəsinin əlillərinəqayğısı, Qaradağ rayonununda və ölkənin digərbölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xaricisiyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Nəsimi rayon Ağsaqqallar Şuraaının üzvü
Xalid Kərimov