Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.62 $▲2.05%
  • WTI neft86.91 $▲2.24%
  • Avropa qazı (TTF)85.72 €▲1.99%
  • Təbii qaz (ABŞ)3.100 $▲0.42%
  • Qızıl3 849 $▼0.74%
  • Gümüş47.34 $▼0.31%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda595.75 ¢▼0.63%
  • Bitcoin64 925 $▲0.17%
  • Ethereum1 825 $▲0.31%
  • S&P 5007 417▼1.91%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Hadisə

Biznesmenin evindən yarım milyonluq OĞURLUQ

image-qizil7-2-jpg-1733810614
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Saatlı rayonunda qadının evindən yarım milyonluq oğurluq olub.

Busaat.az Publika.az-a istinadən xəbər verir ki, rayon sakini Mahirə Vəliyevanın evindəki seyfdən külli miqdarda pul və qızıllar oğurlamış 1983-cü il təvəllüdlü Elvin Vəliyev tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Elvinin əmisi Rusiyada biznesmendir. Saatlıdakı evdə isə onun həyat yoldaşı M.Vəliyeva yaşayıb və seyfdə külli miqdarda qızıl və pul olub. Elvin seyfin açarının yerini öyrəndikdən sonra evdə heç kimin olmadığı vaxt, yəni 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək qonşuluqdakı evə gizli daxil olub. O, seyfi açaraq, içərisindəki 391,685 manat pulu və 100 min manatdan çox dəyəri olan qızılları oğurlayıb. O, bütün pulları onlayn qumar oyunlarında uduzub. Qızılları da İmişli, Sabirabad və Bakıdakı lombardlara verərək pul götürüb, həmin pulları da internetdə uduzub.

Fakt üzə çıxdıqdan sonra Elvin həbs edilib.

O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi üzrə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155351