
BMT baş katibi Ukraynada sülh üçün şərait yaratmağa çağırıb
Ukraynada sülh üçün şəraitin yaradılması vacibdir.
Busaat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib.
Kambocada keçirilən 12-ci ASEAN-BMT sammiti çərçivəsində keçirilən mətbuat konfransında Baş katib qeyd edib: “Dialoqun bərpası və tədricən sülhün hökm sürəcəyi gələcəyə baxmağa başlamaq üçün şərait yaratmaq çox vacibdir“.
BMT rəhbəri bildirib ki, istənilən növ sülh BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanmalıdır.
Busaat.az























