BMT-dən Azərbaycanla Ermənistana TƏKLİF

image-1638033037_1638031621_6008441b-40dd-352e-a27a-9469ae77c723_850-1backend
BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.
Busaat.az xəbər verir ki, bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir.
Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan istifadə etməklə, o cümlədən ATƏT Minsk Qrupu çərçivəsində qalan məsələləri həll etməyə çağırır”, – Haq bildirib.
BMT rəsmisi qeyd edib ki, təşkilat Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsinə, o cümlədən humanitar yardım və yenidənqurma məsələlərinə kömək göstərməyə hazırdır.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90