BMT-nin baş katibi Quterreş oruc tutdu: “Mənə İslamın əsl üzünü göstərdi”

image-quterresh5backend

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş həmrəylik nümayiş etdirmək üçün qaçqın düşərgələrinə səfəri zamanı oruc tutduğunu deyib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, baş katib bildirib:

“Oruc mənə İslamın əsl üzünü göstərdi”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Quterreş Ramazan ayında mütəmadi olaraq təkrar etdiyi və bir müsəlman ölkəsinə illik səfərindən əvvəl “UN News” nəşrinə müsahibə verib.

Bu il Somaliyə səfər edəcəyini bildirən Quterreş, ölkənin quraqlıq və sonra daşqınlarla, eləcə də illərlə davam edən qeyri-sabitliklə mübarizə apardığını xatırladıb.

Quterreş Ramazan ayında müsəlman ölkələrinə səfərlərinin bu ölkələrdəki müsəlman icmalarının əziyyətlərinə diqqət çəkmək məqsədi daşıdığını bildirib.

Müsəlmanların, Xristianların və Yəhudilərin müqəddəs günlərinin birlikdə qeyd edildiyi bu günlərdə, “Hamı sülh üçün birləşməlidir”, – deyən Quterreş, bütün dünyada sülhün ciddi şəkildə əskikliyinə diqqət çəkib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90