BMT Ukraynanı tərk edənlərin sayını açıqlayıb

image-bmtbackend

Rusiya hərbi əməliyyatları başlayandan bəri 2,5 milyondan çox insan Ukraynanı tərk edib.

Busaat.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib.

Təşkilat nümayəndəsi bu rəqəmi “faciəvi” adlandıraraq əlavə edib ki, daha iki milyona yaxın Ukrayna sakini ölkə daxilində köçmək məcburiyyətində qalıb.

Əvvəllər məlum olub ki, Ukrayna hakimiyyəti Rusiya, Belarus, Fransa və İtaliya da daxil olmaqla bir neçə yüz əcnəbi tələbəni xaricə aparmağa nail olub. Onlar ölkəni Lvov-Peremışl sərhəd-keçid məntəqəsindən qatarla tərk ediblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90