Bolqarıstanda “AstraZeneca” peyvəndinin istifadəsi dayandırılıb

image-astrazeneca-reu-1513482_2backend

Bolqarıstanda “AstraZeneca” peyvəndinin istifadəsi müvəqqəti olaraq dayandırılıb. Busaat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boyko Borisov hökumətin iclasında məlumat verib.

Borisov “AstraZeneca” peyvəndinin əks təsirləri ilə bağlı narahat olduqlarını, peyvəndin təhlükəsizliyi ilə bağlı şübhələri qiymətləndirərək, istifadənin buna görə dayandırıldığını bildirib.

Lakin Bolqarıstan rəsmiləri bu günə qədər ölkədə tətbiq olunan 30 min doza “AstraZeneca” peyvəndinin zərərli olmadığını iddia ediblər.

Qeyd edək ki, 6.9 milyon əhalisi olan Bolqarıstanda bu günəqədər 324 min 446 nəfər vaksinasiya edilib. Həmçinin, ölkədə son 24 saat ərzində koronavirusa yoluxanların sayı artaraq 3121, ölənlərin sayı isə 95 nəfərə yüksəlib.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90