Bonuççi karyerasını Almaniya klubunda davam etdirəcək

image-leonardo-bonuccibackend

“Union Berlin” klubu “Yuventus”un müdafiəçisi Leonardo Bonuççinin transferini rəsmən açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

“Karyeramda ilk dəfə xaricə addım atmaq mənim üçün xüsusilə vacibdir. “Union”da təcrübəmdən istifadə edərək, ən yüksək səviyyədə oynamağa davam etmək və komandanı üç çətin yarışda dəstəkləmək imkanım var. Karyeramda bu yeni mərhələni səbirsizliklə gözləyirəm”, – Bonuççi söyləyib.

36 yaşlı müdafiəçi 12 il İtaliyanın “Yuventus” klubunda, (2017/2018 mövsümündə isə “Milan”da) çıxış edib. İtaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 26 oyun keçirərək, 2 qol vurub.

Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 1,5 milyon avrodur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90