Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 774 $▲1.04%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Boris Conson sorğu-sual edildi - Deputat mandatı alına bilər

image-boris-conson
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson, Baş nazir olduğu müddətdə hökuməti tərəfindən müəyyən edilmiş Covid qaydalarını pozmadığını bildirib.

Busaat.az xəbər verir ki, Conson məsələ ilə bağlı yaradılmış İmtiyazlar üzrə Birgə Komissiyada 3 saatlıq sual-cavab marafonunda özünü müdafiə edib.

O, əlini İncilin üzərinə qoyaraq, “Açığını desəm, parlamentə yalan danışmamışam”, – deyə qeyd edib.

Qanunvericilər tərəfindən sıxışdırılan Conson, eyni zamanda Covid zamanı Baş Nazirin Ofisində sosial qaydaların “mükəmməl” həyata keçirilmədiyini etiraf edib.

Komissiyanın dərc edəcəyi hesabat Consonun siyasi gələcəyinə təsir edəcək.

Bu proses Britaniyanın siyasi tarixinə Partygate – “Ziyafət skandalı” kimi düşüb.

Canlı televiziya sessiyasında Conson görüşlərin ziyafətlər deyil, vacib iş tədbirləri olduğunu müdafiə etməyə davam edib.

Hələ ki, Birgə Komissiyanın apardığı araşdırmanın yekun nəticəsi açıqlanmayıb.

Bununla belə, Komissiya aralıq hesabatında qeyd edib ki, Conson parlamenti dəfələrlə çaşdırmış ola bilər.

Komissiya Consonun Parlamenti aldatdığını aşkar edərsə, o, bunu ehtiyatsızlıqdan, yoxsa bilərəkdən edib-etmədiyini nəzərdən keçirəcək və hansı cəzanın verilməsini tövsiyə edəcək.

Cəzanın Komissiya tərəfindən tövsiyə olunması üçün onu İcmalar Palatasındakı deputatlar da təsdiqləməlidir.

Belə hallarda cəzalar üzr istəmədən tutmuş, parlamentdən qovulmağa qədər dəyişir.

Deputatın parlamentdən kənarlaşdırılması 10 günü keçərsə, həmin dairədə təkrar seçkilərin keçirilməsi ehtimalı var.

Bu səsvermədə deputatlar öz partiyalarının qrup qərarı ilə deyil, fərdi qaydada səs verəcəklər.

Qeyd edək ki, Conson ad günü münasibətilə 19 iyun 2020-ci ildə Baş nazirin iqamətgahında keçirilən tədbirdə Covid qaydalarına əməl etmədiyinə görə cərimələnib.

Conson Britaniya tarixində qanunu pozan ilk Baş nazir kimi tarixə düşüb.

Hazırkı Baş nazir Riş Sunak da eyni hadisəyə görə cəzalandırılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104539