Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.57 $▲0.20%
  • WTI neft82.45 $▲0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.340 $▼0.98%
  • Qızıl3 732 $▼0.22%
  • Gümüş45.20 $▲0.24%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.25 ¢▲0.77%
  • Bitcoin63 421 $▲0.70%
  • Ethereum1 803 $▲1.59%
  • S&P 5007 324▼0.23%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Dünya

Böyük Britaniya koronavirusla mübarizə üçün hərbi qüvvələrdən istifadə edəcək

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniya koronavirusla mübarizədə hərbi qüvvələrindən istifadə edəcək.

“Daily Mail”in xəbərinə görə, dövlət bu addımı virusa yoluxma sayının artacağı təqdirdə atacaq.

Bildirilir ki, martın 2-də Böyük Britaniyanın Baş naziri Boris Consonun sədrliyi ilə keçirilən təcili iclasda 28 səhifəlik sənəd razılaşdırılıb.

Sənəddə koronavirusa təsir edəcək peyvəndin hazırlanmadığı və əhalinin ona qarşı immunitetinin olmadığı vurğulanaraq ölkə daxilində virusun geniş yayılma ehtimalının yüksək olduğu qeyd olunub.

Hökumətin təqdim etdiyi plan İngiltərədə virusa yoluxan insanların sayının sürətlə artması zamanı məktəblərin bağlanması və bir sıra ictimai tədbirlərin ləğv olunmasını təklif edir. Eyni zamanda, çox sayda insan evdən işləyəcək.

Bundan əlavə, əsas polis qüvvələrinin xırda cinayətlərə cavabdeh olmaqdan azad edilməsi və ictimai asayişi təmin etmək üçün cəlb edilməsi planlaşdırılır. Bu işdə Britaniya hərbçiləri də iştirak edə bilər – Müdafiə Nazirliyi lazım gələrsə, səlahiyyətliləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Vəziyyət pisləşərsə, Britaniya tibb müəssisələri xüsusi rejimə keçirilə bilər. Beləliklə, koronavirus aşkarlanmayan xəstələr daha əvvəl xəstəxanalardan buraxılaraq evdə müalicəyə göndəriləcək və təcili olmayan əməliyyatlar təxirə salınacaq. Səlahiyyətlilər xəstə axınının öhdəsindən gəlmək üçün xəstəxanalara təqaüdə çıxan işçiləri və Tibb Universitetlərinin məzunlarını cəlb etməli olduqlarını da etiraf edirlər.

Son məlumatlara görə, İngiltərədə koronavirusa 40 yoluxma halı qeydə alınıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5059