BQXK-nın könüllüsü də Bərdədə həlak olubbackend

Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də olub.

Busaat.az xəbər verir ki, təşkilatın Avropa bürosunun Tvitter səhifəsində məlumat verilib.

“Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi sarsıtdı. 39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket atəşi nəticəsində həlak olub. Humanitar yardımçılar hədəf olmamalıdır”, – deyə məlumatda qeyd olunur.