Britaniya, Almaniya və Fransa Aİ-yə İran sanksiyalarını ləğv etməyəcəklərini bildiriblər

image-avropabackend

Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri oktyabrın 18-də İrana qarşı sanksiyaları ləğv etmək niyyətində olmadıqları barədə Avropa İttifaqını (Aİ) xəbərdar ediblər.

Busaat.az-ın məlumatına görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borel deyib.

“Bu gün Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərindən Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) icrası ilə bağlı məktub aldım. Xarici işlər nazirləri İranın 2019-cu ildən bəri öhdəliklərə əməl etmədiyini və problemin mübahisələrin həlli mexanizmi vasitəsilə həll olunmadığına inandığını bildiriblər. Onlar BHFP-yə keçid günündə – 18 oktyabr 2023-cü ildə əlavə sanksiyaların ləğvi üçün addımlar atmamaq niyyətində olduqlarını açıqlayıblar”, – Borel qeyd edib.

Borel bildirib ki, o, İrana qarşı sanksiyaların ləğvi məsələsində İran razılaşmasının bütün iştirakçıları ilə məsləhətləşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki