Brüsseldə keçiriləcək kritik görüşə hazırlıq tamamlanıb – Vuçiç

image-sirbistan-da-aleksandar-vucic-yeniden-cumhurbaskani-secildi-998929-5backend

Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin ev sahibliyi edəcəyi görüşdən əvvəl son hazırlıqları tamamladığını bildirib.

Busaat.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç sosial media hesabında yayımladığı videoda Brüsseldə keçiriləcək kritik toplantı ilə bağlı Serbiya xalqına müraciət edib.

Görüş üçün lazımi hazırlıqları tamamladığını qeyd edən Vuçiç, “Serbiya rəhbərliyinə güvənən və hökumətin onlar üçün ən yaxşısını edəcəyini düşünən hər kəsə təşəkkür etmək istəyirəm”, – deyə bildirib.

ABŞ və Aİ-nin bütün üzvləri tərəfindən dəstəklənən Fransa-Almaniya Planının müzakirə ediləcəyi görüşə işarə edən Vuçiç qeyd edib: “Bizi vətənə xəyanətdə ittiham edənlərə bir sözüm var. Bəzi sənədlər imzalayaraq xəyanətə yol verəcəyimizi və 90-cı illərə dönəcəyimizi iddia edənlər, narahat olmayın. Nə kapitulyasiya olacaq, nə də 90-cı illərə qayıdacağıq”.

Qeyd edək ki, Vuçiç və Kosovanın baş naziri Albin Kurti üçtərəfli şəkildə Borrell ilə görüşəcək.

İclasda Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması ilə bağlı Aİ-nin təklifləri müzakirə olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90