Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 755 $▲0.00%
  • Ethereum2 231 $▼0.23%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
İnfrastruktur

Bu evlərə sənəd verilməyəcək - SƏBƏBİ BİLİNDİ

image-img_2273
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdirilsə də, proses davam edir. Lakin elə evlər var ki, onların sənəd alması olduqca mürəkkəb və hətta mümkünsüzdür.

Busaat.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış evlərindən danışıb.

Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xəttlərinin altında, yüksək təzyiqli qaz və su kəmərlərinin çox yaxınlığında və ya üzərində, neftlə çirklənmiş torpaq sahələrində tikilən qanunsuz evlərə çıxarış verilməyəcək.

Ekspert bildirib ki, bu evlər təhlükəsizlik tələblərinə cavab vermir və bu baxımdan da onlara sənəd verilməsi mümkün deyil.

R.Qasımzadə vətəndaşlara bu cür evləri almaqdan çəkinməyi tövsiyə edib: “Çıxarışı olmadığı halda o evlərin gələcəkdə satılması, alınması mümkün olmayacaq. Belə hallarla üzləşməmək və gələcəkdə problemlər yaşamamaq üçün vətəndaşlar hər hansı fərdi yaşayış evi almadan öncə diqqətli şəkildə həm sənədləri yoxlatdırmalıdırlar, həm də tikinti üzrə mütəxəsis cəlb edib tikintinin normalara uyğun olub-olmadığını dəqiqləşdirməlidirlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169665