Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.36 $▼2.31%
  • WTI neft89.99 $▼1.60%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.979 $▲0.78%
  • Qızıl4 069 $▲0.37%
  • Gümüş51.95 $▲0.78%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda594.00 ¢▼0.21%
  • Bitcoin75 822 $▼0.19%
  • Ethereum2 231 $▼0.17%
  • S&P 5007 413▲0.77%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

Bu gün Ağdam rayon Alıbəyli-2 qəsəbə sakinləri aksiya keçirib

image-agdam-su
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Busaat.az xəbər verir ki, içməli su problemi həll edilməyən qəsəbə sakinləri çarəni Ağdam Ağcabədi yolunu bağlamaqda görüblər.

Əldə etdiyimiz məlumata görə, 150-yə yaxın qəsəbə sakini Ağdam Ağcabədi yolunu bağlayaraq su problemini dilə gətirib. Hadisə yerinə Ağdam rayon icra hakimiyyətinin başçısının müavini və polis idarəsinin rəis müavini gəlib.

Sakinlərin sözlərinə görə, yenə vəzifəli şəxslər söz veriblər ki, yaxın zamanda su problemi öz həllini tapacaq.

Məsələ ondadır ki, bundan əvvəl bir neçə dəfə qəsəbə sakinləri aidiyyatı qurumlara müraciət edib, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüblər. Ancaq hələ də su problemi öz həllini tapmış deyil.

Alıbəyli-2 sakinlərinin sözlərinə görə, aksiya zamanı sürücülərdən biri aksiya iştirakçılarının üzərinə maşın sürüb. Hadisə zamanı bir qadın yaralanıb və onu xəstəxanaya yerləşdiriblər.

Qəsəbə sakinləri su problemi ilə yanaşı icra nümayəndəsinin işinə son verilməsini də tələb edir. Belə ki, həmin şəxsin qəsəbənin problemləri ilə maraqlanmadığı deyilir.

Qeyd edək ki, bir neçə aydır Alıbəyli-2 qəsəbəsini su ilə təmin edən artezian quyusunun motoru sıradan çıxıb.

Səxavət Məmməd

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111052