Bu gün Rəhim Qazıyevin məhkəməsi keçiriləcək

Bu gün Rəhim Qazıyevin məhkəməsi keçiriləcəkbackend

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan keçmiş Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edib.

Busaat.az xəbər verir ki, vəkili Elçin Sadıqovun onun ev dustaqlığına buraxılması üçün məhkəməyə etdiyi müraciət təmin edilməyib. Bu qərardan apelyasiya şikayəti verilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

R.Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri təqsirli bilinərək saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə R.Qazıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, 2020-ci il iyulun 12 və 13-də sabiq Müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb. Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90