Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.43 $▼1.93%
  • WTI neft86.59 $▼1.98%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.138 $▼0.63%
  • Qızıl3 862 $▼0.21%
  • Gümüş46.80 $▼1.11%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda588.50 ¢▲0.30%
  • Bitcoin64 627 $▼1.05%
  • Ethereum1 823 $▼0.62%
  • S&P 5007 485▼1.01%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Bu gün Rusiya defoltdan yayına biləcək?

Vüqar Bayramov
Milli Məclisin deputatı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Şimal qonşumuzun defolt ola bilməsi ilə bağlı yayılan açıqlamalar Rusiyanın bu gün 117 milyon dollarlıq dollar denominasiyalı bondlar üzrə faiz ödəmə öhdəliyi ilə bağlıdır.” 

Busaat.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Rusiyanın 630 milyard dollarlıq xarici valyuta ehtiyatları dondurulduğu üçün ölkə dollar ödənişlərini etməkdə çətinliklə üzləşib: “Bundan başqa, Qazprom, Lukoyl kimi şirkətlərin xaricdəki 150 milyard dollarlıq aktivlərindən istifadə də bloklanıb. Belə ki, Rusiyaya dollar və avro təchizatına qadağa olduğu üçün ölkə xarici valyuta problemləri ilə üz-üzədir. Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq agentliklər də Moskvanın defoltun bir addımlığında olduğunu bəyan ediblər”.

Deputat vurğulayıb ki, Rusiya defolt elan olunacağı halda bu ölkənin 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq: “Belə ki, 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi.

Rusiya defolt olarsa ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşməkdədir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Ötən il 1.5 trilyon dollarlıq iqtisadiyyata malik olan Rusiya 117 milyon dollarlıq ödənişə görə defolt təhlükəsi ilə üzləşib. Sanksiyalar ölkənin xarici valyuta ödəniş və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Vüqar Bayramov bildirib ki, Rusiya defolt olmamağa çalışır: “Ödənişlər ilə bağlı digər vasitə borcun rubl ilə qaytarması versiyası ola bilər. Amma bu müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır. Bütün borcların rubl ilə qaytarılması real və inandırıcı görsənmir. Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yayınmağı bacarsa da belə sanksiyalar davam edərsə növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirməkdədir. Deməli, bu sadəcə başlanğıcdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=73453