Bu halda qabaqlayıcı nüvə zərbəsinə ehtiyac yaranacaq – Medvedev

image-39956291_0_0_3025_1702_1920x0_80_0_0_524f45de7bfc6445dc426e2ff8346bdf-jpgbackend

Qərb başa düşmür ki, Ukraynaya nüvə silahı verilərsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək.

Busaat.az TASS-a istinadən  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Müharibənin dönməz qanunları var. Söhbət nüvə silahından gedirsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək”, – Medvedev deyib.

Medvedev NATO ölkələrinin belə bir nəticənin olma ehtimalını tam dərk etmədiyini bildirib və bunun müəyyən şərtlər daxilində mümkün olduğunu vurğulayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90